Mikayıl Cabbarov müəllimləri təbrik etdi
14:35 06-10-2015
CƏMİYYƏT
Təhsil naziri Mikayıl Cabbarov Müəllimlər günü münasibəti ilə təhsil işçilərini təbrik edib
Nazirin təbrikində deyilir: Əziz müəllimlər! Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.
Hər bir xalqın özünəməxsus milli tərbiyə sistemi vardır. Xüsusilə, təhsilin mühüm həlqəsi olan tərbiyənin məqsədi - həm zehni, həm əxlaqi, həm də fiziki cəhətdən inkişaf etmiş və öz zəhməti ilə xalqına fayda verən mükəmməl insan, layiqli vətəndaş yetişdirməkdir. Bu şərəfli missiyanı insanlar müəllimlərə etibar edirlər. Ulu öndərimizin söylədiyi kimi, bu addan uca ad yoxdur, müəllim məktəbdə və ümumiyyətlə təhsil sahəsində ən mühüm simadır. Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Hər il olduğu kimi, bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir.
Təhsilimizdə aparılan bütün islahatyönümlü tədbirlərin ən başlıcası müəllimlə bağlıdır. Müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində son illərdə aparılan davamlı və məqsədyönlü tədbirlər bu şərəfli missiyanın ictimai çəkisini xeyli artırıb. Bu il keçirilən şəffaf müsabiqə nəticəsində ümumilikdə 2618 nəfər işə qəbul olunub. Yüksək rəqabət şəraitində keçirilən bu müsabiqənin nəticəsi müəllimlik ixtisasına olan marağın göstəricisidir. Onu qeyd edim ki, bu il müəllimlik ixtisasını seçən və yüksək bal toplayan abituriyentlərin müəllim olmaq istəyənlərin ümumi sayına nisbəti xeyli artmışdır. Bu bizi sevindirir. Digər bir məqam ondan ibarətdir ki, uzun müddət belə bir tendensiya vardır ki, müəllim olmaq istəyənlərin gender balansında xanımların sayı üstünlük təşkil edir. Ancaq son illərdə apardığımız müşahidələr onu göstərir ki, artıq müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır. Bu da sevindiricidir.
Əziz müəllimlər!
Təhsil istənilən həyat standartlarında düzgün hərəkət etmək qabiliyyətidir. Bu qabiliyyəti isə insanlar daha çox müəllimlərindən əxz ediblər. Azərbaycanın bütün tarixi dövrlərində hər zaman bizə yol göstərən, şəxsi nümunəsi ilə örnək olan müəllimlərimiz olub. Onlar milli istiqlal mübarizəmizin, maarif-mədəniyyət hədəflərimizin, müstəqil dövlət quruculuğumuzun önündə gediblər. Müasir dövrdə müəllimlərin üzərinə düşən missiyanın üfüqləri daha da genişlənir.
Bu milli mənəvi keyfiyyətlərə malik vətəndaş tərbiyəsi, qeyri-standart düşüncəli fərdin yetişdirilməsi və öyrənməyi öyrənən təhsil sistemi fəlsəfəsidir. Qeyd olunan məqsədlərə doğru bütün müəllimlərimizin davamlı olaraq çalışması mühümdür. Bunu həm də təhsil quruculuğunda dövlətimizin bizim üzərimizə qoyduğu yeni öhdəliklər tələb edir. Biz bütün müəllimlərimizi, eləcə də dövlət mükafatları ilə təltif olunan və yeni tədris ilindən ilk dəfə olaraq fəaliyyətə başlayan müəllimlərimizi bir daha təbrik edirik!
F.Əliyev
Digər Xəbərlər
2024-11-27 22:46:39
2024-11-27 22:32:06
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18