Neftçala polisi narkotik vasitə olan çətənə kolları aşkarlayıb.
CTV (Region TV) xəbər verir ki, daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşarı tərəfindən "Xaş-xaş - 2016" tədbirlər planı çərçivəsində əməliyyat-axtarış tədbirləri keçirliib.
Əməliyyat tədbirləri nəticəsində rayonun Aşağı Qaramanlı kənd sakini, 49 yaşlı Məhərrəm Fərəcov şübhəli şəxs qismində saxlanılıb.
Onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən müxtəlif yerlərdə ümumi çəkisi 10 kiloqram olan 43 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb. Polis əməkdaşları tərəfindən aqrotexniki qaydada becərilmiş çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Məhərrəm Fərəcov törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.