Bakıda Ziya Bünyadov prospektində zəncirvari qəza baş verib.

Unikal.org xəbər verir ki, hadisə yerindən şahidlərin Milli.Az-a verdiyi məlumata görə, qəza adıçəkilən prospektdə yerləşən avtomobil tunelində baş verib.

Qəzada 8 avtomobil biri-birinə girib. Bundan əlavə olaraq, hadisədə evakuator da iştirak edib.

Evakuatorun üstündə isə bahalı avtomobilin olduğu deyilir. Qəzada bütün avtomobillərə ziyan dəyib.

Onu da bildirək ki, hal-hazırda qəza baş vermiş tunel yol polis işçiləri tərəfindən bağlanıb.