Türkiyənin baş naziri Binəli Yıldırım qəzaya uğrayan hərbi helikopterlə bağlı açıqlama verib.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, Yıldırım deyib ki, ilkin və böyük ehtimal budur ki, qəza hava şəraitinin pis olmasından baş verib.
Yıldırım baş qərargah rəisi Hulusi Akar ve Giresun Valisi Hasan Karahanı ilə telefonla danışdığını deyib.
"Yaralılar var. Həyatını itirənlərlə bağlı xəbərlər gəlir. Sayı ilə bağlı dəqiq məlumat yoxdur. Amma gələn xəbərlərə görə 5 şəhidimiz var.
Türkiyənin Giresun vilayətində yüksək vəzifəli hərbçiləri daşıyan helikopterdə ölənlərin sayı artıb. ANS PRESS-in məlumatına görə, Giresunun bələdiyyə sədri deyib ki, xilasetmə qrupları qəzanın baş verdiyi yerə çatıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 2 polkovnik və onların həyat yoldaşları, 2 uşaq dünyasını dəyişib.
CNNTürk xəbər verir ki, qəza zamanı 7 nəfər yaralanıb. Hazırda onlar xəstəxanalara aparılırlar. Helikopterin göyərtəsində 8 hərbçi, onlardan dördünün həyat yoldaşı, 3 uşaq olub.
Hərbçilər ailəsi ilə S-70 Skorsky helikopterində bayramlaşmaq üçün Alucra qəsəbəsinə gedirmişlər.