Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları batmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas edib.
Unikal-org-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, xidmətə Mingəçevir şəhərində 1 nəfərin su anbarında (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.