NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
"Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədi ilə 4 taborun yaradılmasına qərar verdik, deyə Y.Stoltenberq bildirib.
Onun sözlərinə görə qoşunlar rotasiya əsasında yerləşdiriləcək. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.
İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.