Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus bağ ərazisində taxta tullantıları 35 kv.m sahədə, ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyadan ibarət qarajin içərisinə yığılmış köhnə ev əşyaları və yaxınlıqda digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının çardağının yanar konstruksiyaları 10 kv.m sahədə, otağın içərisində 1 ədəd paltaryuyan maşın, 1 ədəd soyuducu yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.