Bu gün Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 112-ci km-də, Hacıqabul rayonu ərazisində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
"Azəravtoyol Açıq Səhmdar Cəmiyyətindən unikal.org-a verilən məlumata görə, "Dongfeng markalı yük maşının sürücüsü naməlum səbəblərdən idarəetməni itirərək maşını yol ayrıcında olan əyri-xətli dəmir tirlərə çırpıb. Nəticədə 56 paqon-metr uzunluğunda dəmir tir sıradan çıxıb.
Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 3600 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.