Şəkidə at əti satışının qarşısı alınıb.
Unikal.org report-a istinad'n məlumatına görə, polis əməkdaşları Şəki şəhər sakini Çingiz Məmmədovun həyətyanı sahəsinə baxış keçirən zaman burada saxlanılan 8 baş kəsilmiş atın ətini aşkarlayıblar.
Araşdırma zamanı məlum olub ki, Ç.Məmmədov bir neçə müddətdir ki, bu işlə məşğul olur. O, Şəki və Bərdə bazarlarından aldığı atları öz həyətyanı sahəsində kəsərək mal əti adı ilə satıb.
Şəki şəhər Baytarlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə faktla bağlı akt tərtib edilib.
Aşkarlanmış at əti yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.