Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib.
Unikal.org-un "Report"a istinadən verdiyi xəbərə görə, 2002-ci il təvəllüdlü Lənkəran rayon Velədi kənd sakini Şıxəlizadə Zəhra Səfail qızı özünü pis hiss edərək pilləkəndən yıxılıb və ağır vəziyyətdə Ləkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin üzərində həyat əlamətləri olmadığından meyit aidiyyəti üzrə təhvil verilib.
Lənkəran rayon prokurorluğu faktla bağlı araşdırma aparır.