Şüvəlan çimərliyində batan gəncin meyidi tapılıb.
Unikal.org FHN-ə istinadən bildirir ki, avqustun 16-da Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı nəzarətsiz ərazidə) batan 1985-ci il təvəllüdlü, Əliyev Amil Atamoğlan oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulub. V.Qədirovun meyidi sudan çıxarılsa da A.Əliyevin meyidini tapmaq mümkün olmamışdı.