Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev yol qəzasında həyatını itirib.
Unikal,orgxəbər verir ki, bu barədə "Report"a mərhumun həyat yoldaşı məlumat verib.
O, qəzanın N.Quliyevlə Beyləqan rayonundan Bakıya gələrkən baş verdiyini bildirib. Qadının sözlərinə görə, hadisə baş verən zaman onların içərisində olduqları avtomobil heç bir maneəyə və ya maşına toxunmadan aşaraq iki dəfə çevrilib. Nəticədə N.Quliyev kəllə-beyin travması alıb. Beyninə qaz sızan QHT rəhbəri dünyasını dəyişib.
Mərhumun həyat yoldaşı özünün də qol nahiyəsindən yüngül xəsarət aldığını deyib.
Qeyd edək ki, N.Quliyev 1975-ci il təvəllüdlüdür.
Allah rəhmət eləsin!