Doqquz milyon oyunsevərin şəxsi məlumatları oğurlanıb.

Unikal.org İKT.lent.az-a istinadən verdiyi məlumata görə, bu, populyar DHL.net oyun saytının sındırılması nəticəsində baş verib.

Naməlum haker saytın zəifliyindən istifadə edərək hücumu gerçəkləşdirib. Bunun nəticəsində cinayətkar 9 milyondan artıq "Steam şifrəli açarları və milyonlarla oyunsevərin akkauntunu ələ keçirib.

Artıq "Steam aktivləşdirmə açarlarının bir qismini geri qaytarıb. DHL.net istifadəçilərinin şəxsi məlumatlarının itməsinə görə kompensasiya edilməyəcək.

Qeyd edək ki, DHL.net portalının nümayəndələri saytın sındırılması və oyunsevərlərin şəxsi məlumatlarının oğurlanması faktını təsdiq etmirlər.