Aparıcı İradə İsaq Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi, jurnalist Yaşar İsakovla ailə qurmağa hazırlaşır.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki,sentyabrın 1-də baş tutacaq mərasimin məkanı bəlli olub.

Belə ki, toy Bakı Əyləncə Mərkəzində keçiriləcək. İ.İsaq artıq dost-tanışlarına dəvətnamə paylayır.

Gecədə sənət aləminin tanınmış simaları, incəsənət nümayəndələri, aparıcılar iştirak edəcəklər.