Cəlilabad rayonunda gənc qadını ilan sancıb. 

Unikal.org "Reporta istinadən məlumatına görə, hadisə rayonun Musalı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Esmira Tarverdiyeva həyətdə paltar sərərkən ilan onun ayaq nahiyəsindən sancıb. E.Tarverdiyevanın qışqırıq səsinə gələn yaxınları ilanı zərərsizləşdirə biliblər.

Məlum olub ki, qadını sancan ilan gürzədir. E.Tarverdiyeva atası tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Lakin onun səhhəti pisləşdiyi üçün təcili tibbi yardımla paytaxta göndərilib.