Sevdiyi oğlandan "yox" cavabı alan qız intihar etdi
10:49 12-02-2016
CƏMİYYƏT
Bakıda 19 yaşlı qız özünü binadan atıb.
hüquq-mühafizə orqanlarından Anspress-ə verilən məlumata görə, hadisə Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova özünü hündürmərtəbəli binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Ağır bədən xəsarətləri alan qız dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Xəstəxanadan xəsarət alan qızın vəziyyətinin ağır olduğunu bildirdilər.
Məlumata görə, T. Abbasova sevdiyi oğlandan "yox" cavabı aldığı üçün belə bir addım atıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
Digər Xəbərlər
2024-10-30 20:16:22
2024-10-30 18:54:26
2024-10-30 18:17:41
2024-10-30 17:30:56
2024-10-30 17:15:52
2024-10-30 16:35:00
2024-10-30 16:27:14
2024-10-30 16:15:58
2024-10-30 16:10:46
2024-10-30 16:09:04
2024-10-30 16:06:18
2024-10-30 16:05:02
2024-10-30 15:54:00
2024-10-30 15:45:50
2024-10-30 15:37:06
2024-10-30 15:27:00