Türkiyənin məşhur modeli Tuğba Özay qonaq olduğu radio kanallarından birində maraqlı açıqlama verib.
Unikal.org xəbər verir ki, 38 yaşlı model şəxsi həyatı və karyerası barədə geniş adanışıb. O həmçinin vəsiyyətini də elan edib.
Özay bildirib ki, öldükdən sonra özünə aid olan bütün hər şeyin sərgilənməsini istəyir:
"Muzey kimi yer olsun. Divarlarda şəkillərim vurulsun. Muzeydən gələcək gəlir də xeyriyyə məqsədilə ilə xərclənsin.
Onun bu açıqlamasından sonra azarkeşləri sosial şəbəkələrdə onun ünvanına müsbət rəylər yazıblar. Həmçinin modelin belə tez şəkildə vəsiətini açıqlaması bəzi azarkeşləri də kövrəldib.