Ağdamda avtomobil 18 yaşlı velosipedçini vurub.
Unikal.org APA-ya istinadən xəbər verir ki,hadisə rayonun Əhmədağalı kəndinə baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü Ehtiram Zeynalov yolu velosipedlə keçərkən "Ford" markalı avtomobillə toqquşub. Sürücü E.Zeynalovu Ağdam Mərkəzi Xəstəxanasına çatdırıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, müayinə zamanı E.Zeynalovda kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri müəyyən olunub. Onun həyatın təhlükə olmadığı bildirilir.
Sürücü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.