Bu gün saat 14:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Cuma kənd ərazisindən keçən hissəsində qəza baş verib.
Unikal.org APA-ya istinadən məlumatına görə, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Məmməd Ağarəhim oğlu İbrahimovun idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə hərəkətdə olarkən idarəetmənin itirib və maşın aşıb.
Nəticədə avtomobildə olan sərnişin, M. İbrahimovun anası, Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Radilə Məmməd qızı İbrahimova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Sürücü M. İbrahimov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aytən Nadir qızı İbrahimova və övladı, 2012-ci təvəllüdlü Rəhim Məmməd oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Şəki Rayon Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-a verilən məlumata görə, xəsarət alanların vəziyyəti yüngül olduqdan xəstəxanaya gəlməkdən imtina ediblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.