Bakı sakini yaşadığı evdən noutbukunun oğurlanması ilə bağlı polisə müraciət edib.
Unikal.org Lent.az-a istinadən bildirir ki, 1973-cü il təvəllüdlü Əliyeva Güllü İkram qızı ərizə ilə müraciət edərək bildirib ki, İsmayılov küçəsindəki nömrəsiz evdə olmadığı vaxt ərzində əvvəllər qeyri rəsmi nigahda yaşadığı şəxs mənzilə daxil olub. Qadının sözlərinə görə, 1970-ci il təvəllüdlü Məmmədov Ruslan Əli oğlu açıq qapıdan girərək qonaq otağında olan masanın üzərində "Lenovo" markalı noutbuku oğurlayıb.
Müraciət əsasında araşdırma aparılır.