Bakıda gənc oğlan intihar edəcəyini bildirib.
Unikal.org xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda intihar etmək istəyən şəxslə danışıqlar aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov AzVision.az-a bildirib ki, artıq vətəndaş binanın damından aşağı endirilib.