Bakının Nizami rayonunda, "Neftçilər metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib. 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb.
Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətini ağır olduğu deyilir. Hadisə yerinə FHN və DYP əməkdaşları cəlb olunublar. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb.
Qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxması olub.
Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.
Təcili Tibbi Yardımdan isə bildirilib ki, xəstələrin vəziyyəti ağırdır. Onların kimlikləri barədə isə hələ ki, məlumat verilməyib.
Musavat.com
***
Nizami rayonunda 60 saylı marşrut avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət edib.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri 1962-ci il təvəllüdlü Zemfira Fərzəliyeva, 1957-ci il təvəllüdlü Sevdiyar Acəliyev, 1972-ci il təvəllüdlü Xuraman Zeynalova, 1950-ci il təvəllüdlü Elza Hüseynova, 1982-ci il təvəllüdlü Nuranə Verdiyeva, 1997-ci il təvəllüdlü Fatimə İbrahimova, 1964-cü il təvəllüdlü İlham Mansurov və 1982-ci il təvəllüdlü Aytən Quliyeva xəstəxanaya qəbul olunublar.
İlkin tibbi yardım göstəriləndən sonra onlardan 6-sı evə buraxılıb. Hazırda Sevdiyar Acəliyev və Nuranə Verdiyeva xəstəxanada müalicə alırlar.