Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Şəhər prokurorluğundan "Reporta verilən məlumata görə, Sumqayıt sakini 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.

Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qan itirmə nəticəsində dünyasını dəyişib.

X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. 

Araşdırmalardan sonra N.Mədətovun bıçaqla özü-özünü vurduğu, yoxsa həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olacaq.