Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadın verdiyi məlumata görə, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən intihara cəhd edən və onu xilas etmək istəyən 2 nəfər xilas edilib.


***

Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə ataraq intihara cəhd edən şəxsin kimliyi məlum olub.
Araşdırmalar nəticəsində həmin şəxsin Abşeron rayonu Masazır qəsəbəsinin sakini Vüsal Şahlar oğlu Alpənahov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.