Bakıda yaşayış evi yanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, hadisə sentyabrın 11-də saat 14 radələrində Nəsimi rayonu ərazisində qeydə alınıb. Rayon sakini Əli Qafarovun evində yanğın baş verib. Nəticədə iflic xəstəsi olan Ə.Qafarovun yatdığı çarpayı yanıb, yanğın söndürüldükdən sonra onun üzərində yanıq xəsarətləri olan meyiti tapılıb.
Yanğının Ə.Qafarovun çəkdiyi siqaretin çarpayısına düşməsi nəticəsində baş verməsi ehtimal olunur.