Gəncənin Şeyx Bahəddin küçəsində 6 avtomobilin zəncirvari qəzası baş verib.
-‹
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobilin sürücüsü 41 yaşlı Ziyad Əliyev infarkt keçirdiyindən idarəetməni itirib və nəqliyyat vasitəsi "Hunday Sonata" markalı avtomobilə çırpılıb. "Hunday" KİA-ya, o isə öz növbəsində VAZ-2105-ə dəyib. Daha sonra isə "Mersedes" markalı nəqliyyat vasitəsi "Niva və VAZ-2107-ə dəyib.

Zərbənin təsirindən VAZ yaxınlıqdakı mağazaya çırpılıb. Bu zaman avtomobil yol kənarında dayanan iki nəfəri - 37 yaşlı Seymur İsmayılovu və 28 yaşlı Mirvari Tağıyevanı vurub. Qəza zamanı VAZ-2107-də olan qadın sərnişin də xəsarət alıb.

Hadisə yerinə FHN-nin xilasediciləri və Təcili Tibbi Yardım çağırılıb.

Faktla bağlı araşdırmalar davam edir.