Türkiyənin İqdır vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı xəsarət alıb.
Unikal.org-unTürkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Sevər Rüstəmoğlunun idarə etdiyi minik avtomobili İqdır-Naxçıvan magistralının Daşburun kəndi yaxınlığında qarşıdan gələn Heydər Kayanın idarə etdiyi yük avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Verilən məlumata görə, xəsarət alanlar arasında Azərbaycan vətəndaşı Sərxan Vəliyev də olub.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.