Şabran rayonunda yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonu, Leyti kəndində bələdiyyəyə məxsus dağlıq ərazidə 45 ha sahədə kol-kos və 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı meşə ərazisi yanğından mühafizə olunub.

Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.