Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonunun Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Əlavə məlumat veriləcək.