Efir məkanında yeni mövsümün başlamasına az qalmış bir çox aparıcılar kanal dəyişdirib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə bu mövsümdə iş yerini dəyişən aparıcıların siyahısını təqdim edir.

ANS-in aparıcısı Murad Əzimzadə ATV kanalında işə başlayıb. Murad orada maqazin tipli proqrama aparıcılıq edəcək.

ANS-də "Şəbəkə verilişinin aparıcı Rahil Sayadoğlu "Region TVdə fəaliyyətini davam etdirəcək.

Ötən il ANS-dəki fəaliyyətinə son qoyan Aytən Səfərova 106.3 FM-də "Bumeranq verilişi ilə efirə qayıdıb.

"Lider telekanalında çalışan Firuzə Cəlilova və Sima Çələbi "Xəzərə keçib. Onlar "Oyan Azərbaycan verilişinə aparıcılıq edəcəklər.

ANS-in keçmiş aparıcısı Xanım Yadigarlı yeni mövsümdə "Xəzərdə görünəcək simalardandır.

"Bəyaz həyat serialından tanınan, dayvinqlə məşğul olan aktyor Kamal Dəniz də "Xəzərdə işə başlayıb və aparıcı kimi efirdə görünəcək.

ANS-in xəbərlər aparıcısı Natiq Nailəoğlu "Region TVdə çalışacaq.

"Space telekanalından tanınan Nəsib Nur 6 il fasilədən sonra "Xəzərin efirində görünəcək. O, eyni zamanda "Burc FM və "Xəzər FM"in direktorudur.

"Xəzərdə çalışan aparıcı Könül Muxtarova yeni mövsümdən "Lider TVdə "Tezdən oyan proqramında aparıcılıq edir.

ANS-dəki fəaliyyətinə son qoyan aparıcı Xoşqədəm Hidayətqızı "Xəzərdə işə başlayan tanınmışlardandılr. O, "Səni axtarıram Xoşqədəmlə və "Bizə danış adlı iki verilişə aparıcılıq edəcək.

"Xəzərdə "Yeri gəlmişkən verilişinə aparıcılıq edən Zümrüd Qasımova fəaliyyətini "Region TVdə davam etdirəcək.

Tanınmış simalarla yanaşı, bu mövsüm efirdə yeni aparıcılar da görünəcək. Onlardan biri Çinarə adlı xanımdır. Çinarə "Xəzər"də maqazin proqramına aparıcılıq edəcək.