Bakıda əsəbi vətəndaş qanını polisin üzərinə tökdü.
Unikal.org Criminal.az-a istinadən xəbər verir ki, hadisə bu gecə Nəsimi rayonu ərazisində, Azadlıq prospektində baş verib.
Məlumata əsasən, metronun "28 May stansiyasının yaxınlığında yol polisi ilə vətəndaş arasında münaqişə yaranıb. Polisə etiraz edən kişi damarlarını doğrayıb. Polis ona yaxınlaşanda isə söyərək uzaq durmasını, ona yaxınlaşamamasını tələb edib.
Hadisənin hansı səbəbdən baş verməsi isə məlum deyil.
Verilən məlumata görə, polis piyadanı yol qaydalarını pozduğuna görə cərimələyib və məhz buna görə həmin kişi özünü doğrayıb.
Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, praktikada belə şeylərə çox rast gəlmək olar. Vətəndaş istədiyinə nail olmadıqda özünü kəsməklə bunu etmək istəyir. Bölmə rəisinin sözlərinə görə, belə bir hadisənin baş verməsindən xəbərsizdir. Lakin fakt varsa, demək, araşdırma aparılır.