Ötən il Azərbaycanda ümumilikdə 27 452 qadın abort elətdirib. 

Unikal.org Dövlət Statistika komitəsinin saytına istinadən xəbər verir ki, abort elətdirənlərdən 50 nəfəri yetkinlik yaşına çatmayan 15-17 yaşlı qadınlardır. 

2015-ci ldə ölkədə 27452 abort qeydə alınmış, onların da 886-ı və ya 3,2 faizi - ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 2015-ci ildə hər 1 000 fertil yaşda olan qadına 10,3 abort düşüb.


2.8. 2015-ci ildə yaş qrupları üzrə abortların sayı
15-49 yaşlı hər 1 000 qadına hesabı ilə
Yaş qrupları Abortların sayı
15-49 yaşlı hər 
1 000 nəfər qadına düşən abortların sayı1)
15-17 50 0,3
18-19 1 425 9,9
20-24 5 983 13,8
25-29 8 573 18,1
30-34 7 362 17,6
35+ 4 059 4,0
Cəmi 27452 10,3