Sentyabrın 15-də Bakı Dövlət Universitetində (BDU) "Bilik günü" münasibətilə tədbir keçirilib.

Unikal.org xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov universitetin tarixi, müasir inkişaf mərhələləri barədə danışıb.

Diqqətə çatdırılıb ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublikanın ali məktəbləri arasında ən çox tələbə qəbulu BDU-nun payına düşür. Cari ildə BDU-ya 4 min 798 tələbə qəbul olunub ki, bu da ötən tədris ilindəkindən 526 nəfər çoxdur. Həmin tələbələrdən 2 min 349-u dövlət sifarişi əsasında qəbul olunub. Qəbul imtahanında 600 və daha yüksək bal toplayanlardan 299-u, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfər BDU-nu seçib. Üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan bir nəfərin də seçimi BDU olub.

Rektor universitetə yüksək balla daxil olan gənclərə tələbə vəsiqələri, universitetin tarixini əks etdirən bukletlər təqdim edib, onlarla xatirə şəkli çəkdirib.