Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadə məlumatına görə, Ziya Bünyadov prospektində KİA markalı, 90 HX 131 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən qadını vurub. Nəticədə 55-60 yaşlı həmin qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.