Bakı şəhərində avtomobildən 9 min dollar pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də Bakı şəhər sakini Rəfail Tağıyevə məxsus "Toyota markalı avtomobildən 9000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Novruz Mirzəyev tutulub.