Baş nazir Binali Yıldırım, bu gün səhər saatlarında həyatını itirən məşhur sənətçi Tarık Akanın vəfatı ilə əlaqədar onun yaxınlarına və sevənlərinə başsağlığı ünvanlayıb. 

Unikal.org xəbər verir ki, Baş nazir Yıldırım başsağlığı mesajında deyilir: "Türk kinosunun əhəmiyyətli adlarından Tarık Akanın vəfatı son dərəcədə bizi kədərləndirdi. Tarık Akana Allahdan rəhmət, kədərli ailəsinə və bütün sənət camiamıza başsağlığı diləyirəm".