Türkiyə Xarici İşlər Nazirliyi 8 səfirini geri çağırıb.
Unikal.org bildirir ki, Türkiyənin İrlandiyadakı səfiri Nəcib Egüz, Tailanddakı səfir Osman Tulun, Almaniyadakı səfir Hüseyn Avni Qarslıoğlu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatındakı daimi nümayəndə Hüseyn Avni Botsalı, Sinqapurdakı səfir Haqqı Tanər Sebən, Myanmardakı səfir Yavuz Atəş, İordaniyadakı səfir Sədat Önal və Qambiyadakı səfir Ərgin Sonər XİN-də müxtəlif vəzifələrə təyin olunublar.
Yeni qərara əsasən, Rifat Köksal Türkiyənin Tacikistandakı səfiri, Nuri Qaya Baqqalbaşı Kosta-Rika səfiri, Murad Lütem Sinqapur səfiri, Heydər Kərəm Divanlıoğlu Myanmar səfiri, İsmayıl Səfa Yücəər isə Qambiya səfiri təyin olunublar. Monqolustandakı səfir Murad Qaragöz isə Türkiyənin İordaniyadakı səfiri vəzifəsinə təyin olunub.
Avropa Birliyi nazirinin müavini Rauf Əngin Soysal Türkiyənin ATƏT-dəki daimi nümayəndəsi, Əhməd Altay Cengizlər isə Türkiyənin BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatındakı daimi nümayəndəsi təyin olunub.