1990-cı illərin məşhur və ekstravaqant futbolçularından sayılan Karlos Valderramanın ailəsində faciə baş verib.
Unikal.org xəbər verir ki, Kolumbiya futbolunun ən məşhur simalarından birinin bacısı avtomobil qəzasında dünyasını dəyişib.
"Mundo Deportivo"nun məlumatına görə, motosikldə sərnişin kimi oturan 43 yaşlı Qloriya Mariya Valderrama qəsdən öldürülüb. Yerli polis əməkdaşı Sanda Valexos mətbuata açıqlamasında qəzanın bilərəkdən törədilməsinin araşdırıldığını deyib. Hadisədən dərhal sonra Qloriyanın cəsədi tibbi ekspertizaya göndərilib. (publika.az)