Çinli milyarder Zhou Yahui ölkə tarixinin ən bahalı boşanmasına imza atır.
Unikal.org-un axşam.az-ın istinadən məlumatına görə, o, ayrıldığı həyat yoldaşı Li Qionqa 1,1 milyard dollarlıq təzminat ödəyəcək və ya şirkətinin bu məbləğ miqdarında olan hissələrini ona verəcək. Media Yahuinin tez-tez xaricə səfər etdiyini və bunun da münasibətlərin pozulmasına gətirib çıxardığını iddia edir.
Maraqlıdır ki, milyarderin xanımı ilə bircə fotosu da yoxdur.
Qeyd edək ki, texnologiya sahəsindəki markaları ilə məşhurlaşan, homoseksualların mesajlaşma xidməti "Grindr"ın sahibi olan Zhou 3,5 milyard dollarlıq sərvəti ilə "Forbes"in siyahısında yer alır