Fövqəladə Hallar Nazirliyi "Sədərək Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Unikal.org xəbər verir ki, məlumatda deyilir:
"Bakı şəhəri, Qaradağ rayonunda "SƏDƏRƏK ticarət mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanmış, yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı ərimişdır.
Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb".