Bu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Nissan markalı avtomobildərəyə yuvarlanıb. Xəsarət alan Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Xaliqova Fəxriyyə Adil qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.