Sabirabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org Report.az-a istinadən xəbər verir ki, Sabirabad şəhəri 20 Yanvar küçəsində yaşayan 33 yaşlı Səbuhi Hüseyn oğlu İsgəndərov yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.