Məktəb direktoru məsələ ilə bağlı açıqlama verib. 

Unikal.org xeberle.com- istinadən xəbər verir ki, o, belə bir faktın olduğunu təsdiqləyib. Lakin o, hadisənin məktəbdə deyil, dərs bitəndən sonra baş verdiyini deyib. B.Səlimxanov hadisəylə bağlı Sumqayıt şəhər Polis İdarəsinə aparılması ilə bağlı yayılan məlumatları isə təkzib edib: "Belə bir hadisə olub. Amma dərs bitəndən sonra. Həmin şagird məktəbdən çıxandan sonra qaçırılıb. Mənim polisə aparılmağımla bağlı məlumat isə tamamilə yalandır. Hazırda iş başındayam.

***
11:01
Sumqayıt şəhərində 9 saylı orta məktəbin 11-ci sinif şagirdi olan qızı qaçırıblar. Lent.az xəbər verir ki, avropa.info məlumat yayıb.
Bildirilir ki, hadisə sentyabrın 24-də baş verib.
Məktəbin direktoru Bəhruz Səlimxanov Sumqayıt şəhər Polis İdarəsinə çağırılıb.
Faktla bağlı araşdırma aparılır.