Türkiyədə dəhşətli qətl törədilib.
Unikal.org İxlas xəbər agentliyinə istinadən xəbər verir ki, Mardinin Artuklu qəsəbəsinin Sulak məhəlləsində 18 yaşlı Ayşə. A başı kəsilərək qətlə yetirilib. Əməliyyat məlumatı daxil olan kimi polis həmin məhəlləyə gəlib və qatil yaxalanıb. Cinayəti törətmiş şəxs 18 yaşlı qızın meyitini yandırarkən tutulub.
Qətli törətmiş şəxsin kimliyi açıqlanmasa da, onun Ayşə. A-nın ailə üzvlərindən biri olduğu bildirilir.