Rusiyanın Altay diyarında Ust-Kalmanka kəndində taxta ev yanıb.

Unikal.org Rusiya mətbuatına istinadən verdiyi xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürmə briqadası 10 dəqiqə ərzində yanğını söndürüb.

Yanan evdə bir qadın və bir kişi cəsədi aşkarlanıb.

Araşdırma zamanı yanğının söndürülməmiş siqaretdən qaynaqlandığı üzə çıxıb.