Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında olan "VAZ 2107" markalı avtomobillə "Niva" markalı avtomobillin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, qəza zamanı "VAZ 2107" markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. "VAZ 2107" markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb. "Niva" markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.