Ağdamda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.
Unikal.orgAPA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.
Gənclər arasında baş verən münaqişə 21 yaşlı Baxşalıyev Teymur Həsən oğlunun bıçaqlanması ilə nəticələnib. T.Baxşalıyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, T.Baxşalıyev əməliyyat olunub, vəziyyəti orta-ağırdır.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları davada iştirak edənlərin və T.Baxşalıyevi bıçaqlayanın kimliyini araşdırırlar.