ABŞ-ın Nyu-York ştatında iki yüngül mühərrikli təyyarə toqquşub.
Unikal.org-un məlumatına görə, bu barədə "TASS" agentliyi Eri dairəsinin şefinə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 09:45-də, Nort-Kollins yaşayış məntəqəsinin səmasında baş verib. "Cessna 140" və "Piper Cherokee" təyyarələrinin havada üz-üzə gələrək toqquşması nəticəsində pilotların 3-ü də həlak olub.
Pilotların 15 ildir müntəzəm uçuşda olduğu bildirilir. Hamburq aerodromunun rəis müavini Larri Uolş qəzanın səma üzrə "boş sahədə" diqqətsizlik üzündən baş verdiyini deyib.