Dağıstanın Bunay rayonunda yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, yol qəzası Maxaçkala-Buynaksk yolunda baş verib. Qəzada "Lada" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub.

Nəticədə 17 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.