Samuxda döyülmə faktı qeydə alınıb.

Unikal.org- nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Seyidlər kənd sakini, 1994-cü il təvəllüdlü Əmrah Qasımov bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib.

Ə. Qasımov bildirib ki, o qonşu kənddə toy şənliyində iştirak edən zaman toy sahibi və onun oğlu tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır